Dünya çempionu orduya qoşuldu

12:04 / 09.03.2022
682

Boks üzrə dünya çempionu Alina Şaternikova Ukrayna ordusuna yazılıb. 

Fanat.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

46 yaşlı veteran idmançı ölkəsinin Rusiyaya qarşı apardığı müharibədə silahlanaraq orduya qoşulub. 

Qeyd edək ki, Alina Şaternikova Ukraynanın Peşəkar Boks Liqasının vitse-prezidentidir.

0