ABŞ kəşfiyyatı: O, qəzəblidir, hücumları ikiqat artıracaq

15:22 / 09.03.2022
764

Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumları gücləndirə bilər.

HİT.az lent.az-a istinadən xəbər verir ki, bunu Konqresdəki dinləmələrdə ABŞ Milli Kəşfiyyatının rəhbərliyindən bildiriblər.

ABŞ Ukraynadakı müharibə zamanı 4000-ə qədər rus əsgərinin həlak ola biləcəyini iddia edib. Eyni zamanda, Milli Kəşfiyyatın direktoru Avril Hayns hesab edir ki, Putin Ukraynanın tərksilahına nail olmaq üçün səylərini ikiqat artıracaq.

O bildirib ki, indi Putin "qəzəbli və əsəbidir" və bununla əlaqədar olaraq hücumları ikiqat artıracaq və dinc əhali arasında itkilərə əhəmiyyət verməyərək Ukrayna ordusunu darmadağın etməyə çalışacaq.

Bundan əlavə, analitiklər Putinin Kiyevi ələ keçirmək və Ukrayna prezidenti Vladimir Zelenski hökumətini moskvayönlü marionet rəhbərliklə əvəzləmək məqsədinə nail ola biləcəyinə inanmırlar.

0