Rusiya şərtini açıqladı: Ukrayna bunları etsə, müharibə dayanacaq

DÜNYA
16:38 / 09.03.2022
741

"Rusiyanın mövqeyi bəllidir: Krım – Rusiya regionudur, bunu de-fakto və de-yure tanımaq lazımdır, Luqansk və Donetsk "xalq respublikaları” isə müstəqil dövlətlərdir".
 
HİT.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözcüsü Dmitri Peskov deyib.
 
O bildirib ki, Ukrayna "Donetsk" və "Luqansk"ı tanımalıdır: "Donetsk və Luqansk Xaql Respublikaları" suveren müstəqil dövlətlərdir və Kiyev bunu tanımalıdır”.
 
Peskov bildirib ki, Ukrayna tərəfi bu tələbləri qəbul etsə, hücum əməliyyatları dayandırılacaq. 

0