Rus ordusu Kiyevi ələ keçirməyə hazırlaşır.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Mövcud məlumatlara görə, rus ordusu Kiyevi ələ keçirmək üçün növbəti cəhdə hazırlaşmaq üçün yenidən qruplaşır”, - Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.
Nazirlik onu da əlavə edib ki, Fastov istiqamətində uğursuz hücumdan sonra rus ordusu həmin istiqamətdə hücum əməliyyatlarını bərpa etməyə cəhd edir.