Daha bir məşhur brend Rusiyada fəaliyyətini dayandırır

DÜNYA
17:49 / 09.03.2022
1051

"KFC" və "Pizza Hut" brendlərinin sahibi olan “Yum!Brands” Rusiyadakı 70 KFC restoranının fəaliyyətini dayandıracaq. 

HİT.az ”kommersant.ru”ya istinadla xəbər verir ki, bundan əlavə, şirkət hazırda bütün “Pizza Hut” restoranlarının fəaliyyətinin dayandırılması üzərində işləyir.

Ümumilikdə Rusiyada 50-yə yaxın “Pizza Hut” restoranı və 1,1 mindən çox KFC mağazası var. 

Korporasiyanın məlumatına görə, Rusiyada əldə edilən gəlir humanitar məqsədlərə yönəldiləcək. Şirkət Qırmızı Xaç Cəmiyyətinə 1 milyon dollar bağışlayacaq və həmçinin şirkətin Ukraynadakı françayzinq işçilərinə kömək etmək üçün təcili yardım fondunu aktivləşdirəcək.

0