Ukraynadan 20 mindən artıq insan 25 avtobus və 6 min şəxsi avtomobillə təxliyə edilib.
Hit.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Volodimir Zelenskinin Ofis rəhbərinin müavini Kirilo Timoşenko teleqramda məlumat yayıb. Rusiya martın 9-da “sükut rejimi” elan edib və hərbçilər yerli vaxtla saat 10.00-dan 22.00-a qədər atəşkəsə razılaşıblar.
Bu müddət ərzində Ukraynanın bir sıra şəhərlərindən humanitar dəhlizlər açıq olacaq.