Hazırda blokadada olan Mariupolda artıq 1300 nəfər mülki şəxs həlak olub.
Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko məlumat verib.
Andryuşenkonun sözlərinə görə, martın 9-na keçən gecə Primorsk rayonunun Çeryomuşki rayonuna və Port Siti bölgəsinə mərmi atılıb.
“Bundan başqa, Rusiya qoşunları hava bombardmanlarından fəal şəkildə istifadə etməyə başlayıblar. Onların şəhərin tamamilə məhv edilməsi məqsədi artıq heç kəs üçün sirr deyil”, - mer müşaviri əlavə edib. /Oxu.az