“Müharibəyə Putinlə birbaşa danışıqlar son qoya bilər”- Zelenski

DÜNYA
09:40 / 10.03.2022
1417

Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, müharibəyə yalnız Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar son qoya bilər.

Lent.az-ın xəbərinə görə, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

Zelenski bildirib ki, yalnız Rusiya prezidenti ilə birbaşa və qarşlıqlı kompromisə söykənən  dialoqla müharibəni dayandırmaq olar.

“Bütün danışıqlarda məqsədim müharibənin başa çatmasıdır. Mən də müvafiq addımlar ata bilərəm. Kompromis mümkündür, lakin bu mənim ölkəmə xəyanət olmamalıdır. Mən hələ detalları açıqlaya bilmərəm. Çünki Rusiya prezidenti ilə birbaşa təmasım yoxdur. Yalnız 2 prezidentin birbaşa danışıqları müharibəyə son qoya bilər”, - deyə Zelenski vurğulayıb. 

0