“Çernobıl AES-dəki vəziyyət təhlükəlidir, çünki stansiya Rusiya ordusunun fəaliyyətlərinə görə enerjisiz qalıb. İndi heç kim anlamır ki, orada nə baş verir”.
HİT.az Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.
“Çernobıldakı vəziyyət ümumilikdə çox təhlükəlidir. İşğalçıların fəaliyyətlərinə görə orada ümumiyyətlə enerjisiz qalmamalı olan obyektlər problemlə üz-üzə qalıblar. Bu, bütün Avropa və əlbəttə ki, Rusiyanın özü üçün də təhlükədir”, - deyə M.Podolyak bildirib.