Rus əsgərin sevgilisiylə telefon danışığı tutuldu: "700 cəsəd var, sadəcə, ət yığını..." - VİDEO

DÜNYA
13:53 / 10.03.2022
1838

Rusiyalı hərbçi telefonla sevgilisinə Ukraynada baş verənlərdən danışıb. O, ölən həmkarlarının çoxluğundan şikayətlənib.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, söhbətin yazısı daxili işlər nazirinin müşaviri Anton Geraşenkoya çatıb.

İşğalçının sözlərinə görə, hazırda onun briqadası Ukrayna məktəblərindən birində yerləşir. Onların çoxlu yaralıları var.

"Mən indi güllələrdən dəliş-deşik olmuş sinif otağında dayanmışam. Burada hər şey alt-üst olub, pəncərələr yoxdur. Burada hər şey güllələrdən, qumbaraatanlardan deşik-deşik olub, küçədə salamat yer yoxdur", - rus əsgəri deyib.

O, həmçinin əlavə edib ki, hava limanına getməli imişlər, lakin onları orada yüz faizlik ölümdən sadəcə Allah xilas edib.

"Bizim bir qalaq meyitimiz var. Hava limanına getməli idik, bizi sadəcə Allah xilas elədi. Yoxsa, hamımız məhv olardıq. Sonra meşəyə qayıtdıq, orada 700 döyüşçümüzün meyiti vardı. Sadəcə parça-parça ət yığını. Salamat yer yoxdur. Bütün tanklar, bütün döyüş maşınları da məhv edilib”, - rus əsgəri əlavə edib.

0