"Ukraynaya hücum etməmişik, xəbərdarlıq etmişik" - Lavrov

DÜNYA
14:18 / 10.03.2022
1101

"Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq etmişik”.

Hit.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

"Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”, - o bildirib.

S.Lavrovun sözlərinə görə, hazırda Ukraynada hərbi əməliyyatlar plan üzrə davam edir.

3