Kremldən Ukrayna-Rusiya görüşü ilə bağlı ilk AÇIQLAMA

DÜNYA
15:31 / 10.03.2022
1337

Kiyev daim Moskvaya Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında birbaşa danışıqlar təklifləri ilə gəlir, indi bu məsələ iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr mərhələsindədir.

HİT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Lavrov-Kuleba görüşün barədə açıqlama verərkən deyib.

Peskov Kiyevin müvafiq təkliflər verib-vermədiyi sualına cavabında deyib: “Kiyev Moskvaya daim belə təkliflər verir”.

O əlavə edib ki, bu cür danışıqların təşkili prosesi Rusiya və Ukraynanın xarici işlər nazirliklərinin rəhbərləri tərəfindən müzakirə mərhələsindədir. Nazirlərin birbaşa təmasların aparılması ilə bağlı razılığa gələ biləcəklərini soruşduqda, Kreml sözçüsü danışıqların nəticəsini gözləməyi təklif edib.

“Nəticələri gözləyək və onların nəyə razılaşacağını anlayaq”, - Peskov bildirib.

0