Tanınmayan “DXR” qüvvələri Ukraynanın Volnovaxa şəhərini ələ keçirib.
HİT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov açıqlama verib.
““DXR” qruplaşması Volnova şəhərini azad edib. Həmçinin, Olqinka, Veliko-Anadol, Zelenıy Qay yaşayış məntəqələri də nəzarətə alınıb. İrəliləyiş dərinliyi 6 kilometr təşkil edib”, - deyə açıqlama deyilir.
Rusiya Müdafiə Nazirliyi Mariupol şəhərinin mühasirə həlqəsinin də daraldığını elan edib. //apa