Rusiya Silahlı Qüvvələri Ukraynanın Sum bölgəsini atəşə tutub.
HİT.az xəbər verir ki, bu barədə Sum vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski öz "Telegram" kanalında məlumat verib.
"Martın 11-nə keçən gecə rus orkları Malovorojbyansk kənd sovetinin Kerdilivşçina kəndinin evlərini atəşə tutub. İki yerli mülki şəxs həlak olub".