Rusiya prezidenti Vladimir Putinin Ukraynada uğursuz kəşfiyyat və zəif strategiya nəticəsində bir sıra biabırçı məğlubiyyətlərdən sonra qəzəbləndiyi və yüksək səviyyəli generalları işdən çıxardığı iddia edilib.
HİT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Oleksiy Danilov məlumat yayıb.
Onun sözlərinə görə, Moskva uğursuzluğa düçar olandan sonra strategiyasını dəyişməyə çalışıb:
"Müharibə başlayandan bəri Putin “təxminən səkkiz” rus generalını vəzifəsindən kənarlaşdırıb", - deyə o, ifadə edib. //unikal