Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Türkiyənin müdafiə naziri Hulusi Akarla telefon danışığı olub.
HİT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazirlər Ukraynadakı vəziyyəti, o cümlədən Türkiyə vətəndaşlarının təxliyəsini, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
“Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukrayna və Yaxın Şərq regionunda mövcud vəziyyət müzakirə edilib. Nazirlər Türkiyə vətəndaşlarının Ukrayna şəhərlərindən humanitar dəhlizlər vasitəsilə təxliyəsi ilə bağlı məsələlərə xüsusi diqqət yetiriblər”, - məlumatda deyilir.