Belarusun Ukraynaya hücum etmək ehtimalı azdır.
Hit.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Vadim Denisenko canlı yayımda bildirib. “Hazırda Belarus bizə müharibə elan etməyib, heç bir belarus Ukrayna ərazisinə daxil olmayıb”, - deyə Denisenko bildirib. Denisenkonun sözlərinə görə Belarus əhalisinin cəmi 3%-i Ukrayna ilə müharibə tərəfdarıdır.
Belə bir şəraitdə Minskin hücum ehtimalı azdır. Müşavir bildirib ki, Belarus ordusu güclülər sırasında deyil. Şəxsi heyət 40 min nəfər olsa da, real döyüş qabiliyyətli personalın sayı 8 min nəfərdən azdır.