Putini təbrik edən ukraynalı deputatla bağlı həbs qərarı verildi

DÜNYA
16:34 / 12.03.2022
2917

Ukraynanın Lvov şəhərinin Liçakovski rayon məhkəməsi Ali Radanın deputatı İlya Kiva ilə bağlı qiyabi həbs qərarı çıxarıb.

Hit.az xəbər verir ki, “Həyat naminə - müxalif platforma” partiyasının həmsədri olan İlya Kiva dövlətə xəyanət, ərazi bütövlüyünə qəsd, silahlarla qeyri-qanuni rəftar, müharibə təbliğatında ittiham olunur.

Qeyd edək ki, İ.Kiva Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, onu “dost xalqımızın lideri” adlandırmışdı.

Hazırda deputatın ölkə xaricində olduğu bildirilir.

0