Putin qərarını verdi: Müharibə davam edir, yeni sanksiyalar olacaq

DÜNYA
02:19 / 13.03.2022
1114

Yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər.

Bu barədə məlumat Vladimir Putin, Emmanuel Makron və Olaf Şolts arasında baş tutan danışıqlardan dərhal sonra Yelisey Sarayı tərəfindən ictimailəşdirilib.

Yelisey Sarayından verilən məlumatda həmçinin qeyd olunur ki, Moskva danışıqlar zamanı müharibənin dayandırılması üçün heç bir istək nümayiş etdirməyib.

Xatırladaq ki, Rusiya, Fransa və Almaniya liderləri Moskvanın Ukrayna ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün işlənən razılaşmalarla bağlı məsələləri müzakirə ediblər. /// oxu.az 

4