Rusiya Prezidenti Vladimir Putin NATO üzvü olan ölkələrdən birinə hücum edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrell CNN Türk telekanalına müsahibəsində deyib.
"Biz bir tərəfdən Ukraynanı dəstəkləməyə çalışırıq, digər tərəfdən isə böyük müharibənin qarşısını almağa çalışırıq. Putin hərbi fəaliyyətini genişləndirə bilər. Bu, bir NATO ölkəsinə qarşı da ola bilər. Ciddi narahatlıqlar var. Putin hücuma davam edəcək. Biz hücumları məhdudlaşdırmalıyıq. Biz Rusiyanı beynəlxalq ictimaiyyətdən təcrid etməliyik,Ukraynanı dəstəkləməliyik”, - deyə Borrell bildirib.