Telman İsmayılovun qardaşı oğluna hökm oxundu - Müğənnini qaçırdığı üçün

DÜNYA
14:16 / 14.03.2022
1790

İş adamı Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov barəsində Rusiyanın Moskva şəhər Presnensk rayon məhkəməsi tərəfindən 11 il həbs cəzası istənilib.

Hit.az Rusiya KİV-nə istinadən xəbər verir ki,  o, 2004-cü ilin yanvarında dünya şöhrətli müğənni Avraam Russonu oğurlamaqda ittiham olunur. Presnensk rayon məhkəməsi tərəfindən Z.Mərdənaovla yanaşı  Elyar Dəmirov və Vladimir Qusakova da hökm oxunub.

Xatırladaq ki, 2004-cü ilin yanvarında adı çəkilən şəxslər Avraam  Russonu oğurlayaraq, Telman İsmayılova məxsus “Praqa” restoranına gətirib və orada ona işgəncə veriblər.  

Заур Марданов, подозреваемый в похищении известного российского певца Авраама Руссо

0