"Volodimir Zelenski paytaxt Kiyevdədir. Mən də Prezident kimi, Prezident Ofisinin rəhbəri kimi "Bankova"dayam".
HİT.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirill Timoşenko "Rada” telekanalının efirində bildirib.
"Deyə bilərik ki, gecə-gündüz işləyirik və Bankovada (Zelenskinin Ofisinin yerləşdiyi küçədə - red.) oluruq. Biz videoları küçədə çəkirik ki, insan yalan xəbərlərə inanmasınlar”, deyə Timoşenko bildirib.
Qeyd edək ki, son günlər bir neçə dəfə Ukrayna Prezidentinin ölkəni tərk etməsi barədə məlumatlar yayılıb.