"Ukraynadakı bütün muzdlular məhv ediləcək" - Rusiya MN

DÜNYA
10:48 / 15.03.2022
655

Rusiya Müdafiə Nazirliyi Ukraynada bütün əcnəbi muzdluların məhv edilməsini davam etdirəcəyini vəd edib.

HİT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, bir sıra Qərb ölkələri Ukraynada Rusiya ordusuna qarşı döyüş əməliyyatlarında muzdlu kimi iştirak edən öz vətəndaşlarını dövlət səviyyəsində dəstəkləyir.

"Bu vətəndaşların ölümünə görə məsuliyyət öz ölkələrinin hakimiyyət orqanlarının üzərinə düşür", - Konaşenkov bildirib.

O vurğulayıb ki, muzdluların Ukraynadakı yeri Rusiya qoşunlarına məlumdur, onlar dəqiq zərbələr endirməyə davam edəcəklər.

“Bir daha təkrar etmək istəyirəm ki, onlar Ukraynanın harada olmasından asılı olmayaraq, onlara mərhəmət olmayacaq”, - Konaşenkov əlavə edib.

0