Rusiya Avropa Şurasını tərk ETDİ

DÜNYA
20:39 / 15.03.2022
1254

Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib.

Hit.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy məlumat verib. O qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu göndərib. “Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış”, - deyə Tolstoy bildirib.

Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks bildirib ki, təşkilat martın 15-də Rusiyanın üzvlüyü ilə bağlı qərar qəbul edəcək.

0