UNESCO-nun Baş direktoru Odre Ozule ötən gün Ukraynada 2 jurnalistin öldürülməsini pisləyib.
Hit.az-ın xəbərinə görə, bu barədə Baş direktor Tvitterdə yazıb. O vurğulayıb ki, KİV nümayəndələri heç bir halda hədəfə alınmamalıdır.
Qeyd edək ki, ötən gün ukraynalı jurnalist, prodüser Oleksandar Kuvşinova Rusiya hərbi qüvvələrinin açdığı atəş nəticəsində Kiyev ətrafındakı ərazidə, Horenkada həlak olub. Oleksandra "Fox News"un komandası ilə bir yerdə olub. Telekanalın operatoru, İrlandiya vətəndaşı Pyer Zakrjevski həlak olub, digər jurnalist ağır yaralanıb. Zakrjevski İraq, Əfqanıstan, Suriya və digər müaqişə zonalarında çəkiliş aparıb. 24 yaşlı Kuvşinova isə onlarla ötən aydan əməkdaşlıq edirdi.