Britaniya kəşfiyyatından Ukraynadakı vəziyyətlə bağlı məlumat: “10 gün sonra...”

DÜNYA
19:43 / 16.03.2022
663

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya qüvvələri yol şəbəkəsinə bağlı olduqları və Ukraynanın havada nəzarəti itirməməsi səbəbindən "axsamağa” davam edir.

HİT.az "Evropeyskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin 16 mart tarixli məlumatında deyilir.
Ətraflı

Onların qiymətləndirməsinə görə, rus qoşunları əsasən yollara bağlı olaraq qalır və görünür ki, yollardan manevr etməkdə tərəddüd edir. Ukraynanın hücum marşrutları boyunca körpüləri partlatmaq qərarı onların irəliləməsinin qarşısını almaqda əsas rol oynayıb.

"Rusiyanın artıq hava üzərində nəzarəti ələ keçirə bilməməsi səbəbindən bu, onların hava məkanında effektiv manevr etmək imkanlarını əhəmiyyətli dərəcədə azaldıb və mövcud variantları daha da məhdudlaşdırıb... Ukrayna Silahlı Qüvvələri öz taktikalarında Rusiya qüvvələrinin manevr qabiliyyətinin çatışmazlıqlarından məharətlə istifadə edib, onların irəliləyişini ləngidir və böyük itkilərə məruz qoyur”, - məlumatda deyilir.

Ötən gün ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı Ben Hoces bildirib ki, onun hesablamalarına görə, 10 gün ərzində Rusiya qüvvələri artıq hücum əməliyyatları keçirə bilməyəcək vəziyyətdə olacaq.

0