Avropa Şurası Belarusla əlaqələri kəsəcək. Bu qərara səbəb Belarusun Rusiyanın Ukraynaya qarşı müharibəsində fəal iştirakı olub.
HİT.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Belarus Nazirlər Komitəsinin, Yerli və Regional Hakimiyyətlər Konqresinin, eləcə də, heç bir yardımçı qurumların iclaslarında və tədbirlərində iştirak edə bilməyəcək.
Eyni zamanda, Belarus artıq Avropa Farmakopeyasında və İdman üzrə Genişləndirilmiş Qismən Sazişdə nümayəndələrinə malik ola bilməz.
Bundan əlavə, Belarusun Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlər Qrupunda hüququ və təmsilçiliyi müvəqqəti olaraq dayandırılıb.
Avropa Parlamentinin deputatları Belarusu Demokratiya üzrə Avropa Komissiyasının işində iştirakdan kənarlaşdırmaq qərarına gəliblər.
Həmçinin, Avropa Şurası Belarusla texniki əməkdaşlığı dayandırıb, lakin Belarus vətəndaşları və mühacirətdə olan müxalifətlə əlaqələri gücləndirəcək, diqqəti gənclər, müstəqil media və hüquq müdafiəçilərinə yönəldəcək.