Rusiyanın Ukraynaya işğal hücumu artıq 23 gündür davam edir. Buna baxmayaraq, Moskva administrasiyası ilə bağlı yeni ssenari dünyanı dəhşətə gətirib.
"Unikal" xəbər verir ki, Rusiya televiziyasında yayımlanan proqramda iştirak edən keçmiş yüksək rütbəli məmur Vladimir Putinin Ukraynadan sonra işğal edəcəyi ölkələrin xəritəsini təqdim edib.
Belə ki, Rusiya Baş Qərargahında və Hərbi Hava Qüvvələrində xidmət edən və hazırda ehtiyatda olan polkovnik İqor Korotçenkonun sözlərinə görə, Rusiyanın Baltikyanı ölkələri ələ keçirməsi an məsələsidir.
O, Sovet İttifaqının dağılması ilə NATO-ya daxil olan Latviya, Litva və Estoniyanı ələ keçirəcəyini bildirib. İşğal ssenarisini xəritədə təsvir edən məmurun sözləri böyük səs-küyə səbəb olub.
Korotçenko xəritəyə istinad edərək bildirib ki, ssenariyə əsasən Rusiyanın böyük “radio-elektron hücumu” həyata keçirilə bilər və bu, bütün NATO radarlarının itməsinə səbəb ola bilər. Xəritəni çəkən Korotçenko daha sonra Rusiyanın düşmənlərini necə məğlub edəcəyini açıqlayayıb.