Rusiya prezidenti Vladimir Putin bu gün ölkə Təhlükəsizlik Şurasının operativ iclasını keçirəcək.
HİT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Şuranın daimi üzvlərinin iştirak edəcəyi iclasda müzakirə olunacaq məsələlər barədə daha sonra məlumat veriləcək.
Eyni zamanda D.Peskov bu gün Rusiya prezidentinin fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığıını keçiriləcəyini bildirib.
V.Putin, bu gün həmçinin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı keçirib. Danışıqlar zamanı tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib.