Çində sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən dəhşətli görüntülər - VİDEO

DÜNYA
16:44 / 21.03.2022
2435

Çinin cənubunda qəzaya uğrayan “China Eastern” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsinin görüntüləri yayılıb.

Kənd sakinlərindən biri yerli xəbər saytına bildirib ki, qəzaya uğrayan təyyarə tamamilə məhv olub.

Hadisə şahidinin dediyinə görə, təyyarənin dağa çırpılması nəticəsində baş verən yanğın yaxınlıqdakı meşə sahəsinə də keçib.

Həmin görüntüləri təqdim edirik:

 

Bu arada Çinin cənubunda sərnişin təyyarəsinin qəzaya uğramasından sonra “China Eastern” aviaşirkəti bütün “Boeing 737-800” təyyarələrinin uçuşlarını dayandırıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

0