\"Putin küncə sıxışdırılıb\" - Bayden

22:16 / 22.03.2022
1455

Rusiya prezidenti Vladimir Putin indi - kürəyi divara dirəndiyi vaxt Ukraynada kimyəvi silahdan istifadə edə bilər.

Qaynarinfo NBC-yə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib. Onun fikrincə Rusiya lideri ölkə daxilində nəzarətini gücləndirməklə bərabər xaricdə daha aqressiv taktikalara əl atacağıyla bağlı xof yaradır.

Bundan əvvəl bildirilmişdi ki, NATO-nun Brüsseldə keçiriləcək sammitində alyansa üzv ölkələr Rusiyanın kimyəvi, bioloji, kiber və ya nüvə silahlarından istifadə edəcəyi təqdirdə necə reaksiya verəcəklərini müzakirə edəcəklər.

0