Belarus-Ukrayna sərhədində aktivlik aşkar edilib.
HİT.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı və Daxili İşlər Nazirliyi iddia edib. Sərhəddəki vəziyyətin peyk fotoları ilə üzə çıxdığı bildirilib.
Ukrayna Daxili İşlər Nazirinin müşaviri Vadim Denisenko iddialarla bağlı açıqlamasında belə deyib:
"Belarus Ukraynadakı diplomatlarını geri çəkib və bu, bizim üçün bir siqnaldır. Belarus ordusu Ukrayna sərhədinə doğru irəliləyir və onu keçməyə çalışacaq. Ancaq hələ də Lukaşenkonun ordu ilə təkbətək döyüşə girəcəyini düşünmürəm, çünki onun ordusu kiçikdir. Belarusun bütün hərbi qulluqçularının sayı 40 minə yaxındır”
Ukrayna Baş Qərargahından verilən açıqlamada Belarusun hücumunun mümkün hücum ehtimalının artdığı bildirilib.
NATO-nun hərbi rəsmisi ABŞ mətbuatına açıqlamasında Belarusun Ukraynadakı münaqişəyə girmə ehtimalının getdikcə artdığını iddia edib:
"Putinin dəstəyə ehtiyacı var. Hər şey kömək edə bilər", - mənbə bildirib.
NATO-nun yüksək rütbəli kəşfiyyat rəsmisi isə bəyan edib ki, Belarus hökuməti bu ölkənin Ukraynaya hücuma haqq qazandırmaq üçün zəmin hazırlayır.
Belarus müxalifətinin mənbəsi bəyan edib ki, Belarusun döyüş bölmələri yaxın bir neçə gün ərzində Ukraynaya getməyə və minlərlə qüvvə yerləşdirilməyə hazırdır.
Qeyd edək ki, Belarusun Ukraynanaya hücum edəcəyi iddiaları daha əvvəl də səsləndirilib. Belarus Prezidenti Aleksandr Lukaşenko isə iddiaları təkzib edib. //olke.az