Anatoli Çubays Rusiya prezidentinin dayanıqlı İnkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və ölkəni tərk edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, addımını Ukraynaya qarşı müharibə ilə razılaşmaması ilə izah edib.
“Blooberg” də bununla bağlı iki mənbəyə istinadən xəbər yayıb.
Rusiya KİV-nin məlumatına görə, Rusiya prezidentinin keçmiş müşaviri İstanbuldakı bankomatlardan birinin qarşısında görünüb.
“Kommersant” qəzeti hətta Çubaysa oxşayan şəxsin fotosunu yayıb.
Fotoda papaqlı və pencəkli bir kişi bankomat qarşısında dayanır. Fotonun martın 22-də çəkildiyi vurğulanır.
Çubaysın postunu tərk etməsi haqda məlumat martın 23-də yayılıb. Onun Rusiyadan getdiyi də vurğulanırdı.
Antoli Çubays 2020-ci ilin dekabrında Rusiya prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Bundan əvvəl o, doqquz il “Rosnano” dövlət korporasiyasına rəhbərlik edib. Müharibə başlayandan sonra o, açıq şəkildə müharibə əleyhinə bəyanatlar verməmişdi.