Əfqanıstan Təhsil Nazirliyi orta və yuxarı sinifdə oxuyan qızların məktəbə getməsini qadağan edib.
Qurumun əmrinə əsasən, 7-12-ci siniflərdə qızlar üçün şəriət, milli adət-ənənə və mədəniyyətə uyğun məktəbli forması hazırlanarsa, hökumətin sərəncamı ilə təhsil müəssisələrinin qapıları onların üzünə açılacaq.
Qeyd edək ki, ölkədə yeni tədris ili martın 23-də başlayıb.
Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra yeddinci sinifdən sonra qızların məktəbə getməsi faktiki qadağan edilib. Qızların təhsillərinin qaytarılması beynəlxalq ictimaiyyətin “Taliban” qarşısında əsas tələblərindən biridir.