Moskva birjasında valyuta ticarəti zamanı avro və dolların məzənnəsi 4,8-8,5 rubldan çox dəyər itirib.
HİT.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında qeyd olunub.
Belə ki, birjanın yerli vaxtla saat 15:27-yə olan məlumatına görə, dolların məzənnəsi 8 rubl 56,25 qəpik ucuzlaşaraq 94 rubl 98,75 qəpiyə düşüb və martın 2-dən bəri ilk dəfə olaraq 95 rubldan aşağı olub.
Yerli vaxtla saat 15:34-ə olan məlumata görə, avronun məzənnəsi 4 rubl 80,5 qəpik azalaraq 109 rubl 69,5 qəpik olub.
Ticarət platformasının saat 16:05-ə olan məlumatına görə, rubl dollar və avroya nisbətən 2,8-3%-dən çox möhkəmlənib. Dolların məzənnəsi 2,85% azalaraq 100,6 rubla, avronun məzənnəsi 111 rubla (-3,06%) düşüb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın qeyri-dost ölkələrə ixracı üçün Rusiya qazının tədarükü üçün ödənişləri rus rubluna köçürmək qərarına gəldiyini açıqlayıb.
Xatırladaq ki, Ukraynaya qarşı müharibənin başlamasına bir gün qalmış 1 ABŞ dolları 80 rubla bərabər olub.