Britaniya Ukraynaya 6 000 raket çatdıracaq və hərbi ehtiyaclar üçün 25 milyon funt sterlinq ayıracaq.
Hit.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir bu gün NATO və G7 çərçivəsindəki görüşlər zamanı yeni yardım paketi barədə məlumat verəcək. Söhbət Ukrayna ordusunun ehtiyacları üçün 25 milyon funt yardımdan və tank əleyhinə 6 min raketdən gedir” – deyə Baş nazirin Ofisi bildirib.