Ukrayna Rusiyanın təhlükəsizliyi üçün heç vaxt təhdid yaratmayıb. Biz indi də ancaq öz torpaqlarımıza sülh gətirmək üçün hər şey edirik”.
Hit.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
“Əminəm ki, rusların bəziləri televiziya kanallarında gördüklərindən beziblər. Təbliğatçıların maaşları sizin vergilərinizlə ödənilir. Siz daha da yoxsullaşırsınız. Hökumətinizin sizi hər ötən gün daha da yoxsullaşdırmaq, dünyadan təcrid etmək, müharibəyə ölməyə göndərmək üçün sizdən vergi alması axmaqlıq deyil? Sülh istəyən rus vətəndaşlar, oğullarınızı müharibədən xilas edin. Onlara müharibə haqqındakı həqiqətləri deyin”, - dövlət başçısı vurğulayıb.