Ukrayna müdafiə naziri: “Rusiyanın ümumi itkisi 40 min nəfərdən çoxdur”

DÜNYA
16:22 / 24.03.2022
1193

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Rusiyanın itkilərini açıqlayıb.

O, xalqa müraciətində deyib ki, indiyədək rusların 100-dən çox hərbi təyyarəsi, 125-dən çox helikopteri, 520-dən çox tankı, 1500-dən çox zirehli texnikası məhv edilib.

Nazirin sözlərinə görə, şəxsi heyət baxımından Rusiyanın ümumi itkisi 40 min nəfərdən çoxdur: “Buraya əsir və yaralılar da daxildir. Biz Ukraynanı yenidən quracaq, müharibənin təsirlərini aradan qaldıracağıq. Lakin bu, səy və vaxt tələb edir. Bizə beynəlxalq dəstək getdikcə artır”.

A.Reznikov bildirib ki, Ukrayna ordusu və Ukrayna xalqı çoxlarını məhv edə biləcək zərbəyə tab gətirib: “Mən bütün müdafiəçilərimizə, vətəndaşlarımıza təşəkkür edirəm. Bu müddət ərzində biz bütün dünyaya sübut etdik ki, Ukrayna bizim üçün hər şeydən üstündür. Uğrunda vuruşduğumuz, şəhid olduğumuz dövləti kiminsə bizim əlimizdən almasına imkan verməyəcəyik. Qəhrəman Mariupol, yenilməz Xarkov, igid Çerniqov və bir çox başqa şəhərlər, kəndlər ruslara torpaqlarımızda hökmranlıq edə bilməyəcəklərini göstərdi. Xersonda silahlı vətəndaşlarımızın ruslara müqaviməti göstərdi ki, onlar “çağırılmamış qonaqlardır.

Bir ay ərzində 120-dən çox ukraynalı uşaq öldürülüb. Müvəqqəti işğal edilmiş bütün şəhər və kəndlərimizin qisasını alacağıq”.

Mənbə: “Azadlıq radiosu”

0