Alimlər 5 mindən çox EKZOPLANET AŞKARLADI

DÜNYA
18:19 / 24.03.2022
1013

Bir neçə gün əvvəl NASA-nın ekzoplanetlər arxivinə 5000-ci ekzoplanet daxil edilib. 

NASA-nın məlumatına əsasən xəbər verir ki, artıq bu rəqəm 5005-dir. 

“Bu sadəcə bir ədəd deyil. Onlardan hər biri yeni dünya və yeni planetdir. Aşkar edilmiş hər bir ekzoplanetin unikal özəllikləri var. Onların hər birindən məmnunuq. Lakin biz onlar barəsində faktiki olaraq heç nə bilmirik”, NASA-dan bildirilib.

Günəş sistemindən kənarda aşkar edilmiş ilk 2 ekzoplanetdən birinin kütləsi Yer kürəsinin kütləsindən 4.3 dəfə, digərinin kütləsi isə 3.9 dəfə daha böyük olub. 

Yer kürəsi ilə eyni kütlədə olan üçüncü ekzoplanet 1994-cü ildə aşkar edilib. İlk ekzoplanetlər “Poltergeyst”, “Fobetor” və “Drauqr” adlandırılıb.

Artıq həmin illərdə alimlər başa düşmüşdülər ki, qalaktikamız bu cür planetlərlə zəngindir. Daha sonra alimlər ekzoplanetlərin axtarışı üzrə yeni üsuldan istifadə etməyə başladılar. Söhbət, tranzit üsulundan gedir.

Sözügedən üsulun məğzi ondan ibarətdir ki, hər hansı ekzoplanet öz ulduzunun qarşısından keçən zaman həmin ulduzun cüzi qaralması müşahidə edilir. Məhz həmin cüzi qaralma sayəsində alimlər ekzoplanetin özünü təyin edə bilirlər.

2009-cu ildə istifadəyə verilmiş Kepler teleskopu  sayəsində alimlər 3000-dən çox ekzoplanet aşkar ediblər. Lakin alimlər ekzoplanetlərin hansındasa həyat növünün mövcud olması ilə bağlı tutarlı sübut əldə edə bilməyiblər. Bu sahədə işlər davam edir. Bir neçə müddət bundan öncə kosmosa göndərilmiş “James Webb” teleskopu potensial olaraq bu məsələyə də aydınlıq gətirə bilər. 

Qeyd edək ki, 1988-ci ildə astronomlar PSR 1257+12 adlı pulsarın yanında ilk ekzoplaneti aşkar etmişdilər. Sözügedən ekzoplanet Günəş sistemindən kənarda aşkar edilmiş ilk ekzoplanet idi. 

4 il sonra həmin ekzoplanetin həqiqətən də mövcud olduğu təsdiqlənmişdi./"technote" 

0