Vladimir Jirinovski ölüb? - KREML (YENİLƏNİB)

DÜNYA
14:29 / 25.03.2022
1454

“Vladimir Jirinovski sağdır”.

HİT.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin həkim nəzarətində olduğunu, səhhətinin ağır olduğunu bildirib.

*** 13:20

Vladimir Jirinovskinin ölüm xəbəri təkzib olunub. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, Vladimir Jirinovskinin vəziyyəti ağır-stabildir: "Həkimlər onun üçün bütün zəruri və təxirəsalınmaz tədbirləri görür".

*** 13:03

Rusiyalı siyasətçi, Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.

HİT.az “RİA Novsoti”yə istinadən xəbər verir ki, o, xəstəxanada vəfat edib.

0