Martın 16-da Rusiya qırıcılarının bombaladığı Mariupol Dram Teatrının binasında 300-ə yaxın insan həlak olub.
HİT.az UNİAN-a istinadən bildirir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.
"Təəssüf ki, bu pis xəbəri sizinlə bölüşürük. Şahidlərin bildirdiyinə görə, Mariupol Dram Teatrında Rusiyanın zərbələri nəticəsində 300-ə yaxın insan həlak olub. Sonuna qədər bu dəhşətə inanmaq istəmirik. Sonuna qədər hər kəsin qaçmağa bacardığına inanmaq istəyirik. Amma terror aktı zamanı binada olanların sözlərinə görə, belə deyil", - məlumatda deyilir.
Şəhər şurası xatırladıb ki, teatr binasının qarşısındakı nəhəng "UŞAQLAR" yazısı rus əsgərlərini dayandırmayıb.
"Biz binaları bərpa edə biləcəyik, lakin heç vaxt dostlarımızı, qonşularımızı, qohumlarımızı və yaxınlarımızı geri qaytara bilməyəcəyik", - məlumatda deyilir. //milli.az