Bayden bunu müzakirə etmək üçün Polşaya gəlir

DÜNYA
17:15 / 25.03.2022
602

Bu gün ABŞ Prezidenti Co Baydenin Polşaya ikigünlük səfəri başlayır.

Hİt.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət başçısı səfər zamanı Polşa Prezidenti Andrjey Duda ilə danışıqlar aparacaq, ölkənin sərhəd regionlarında könüllülər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşəcək və Ukrayna qaçqınlarının vəziyyəti ilə yaxından tanış olacaq.

"ABŞ dövlət başçısının Polşaya səfəri son vaxtlarda ABŞ-dan yüksək səviyyəli səfərlər seriyasının məzmunca zirvə nöqtəsi hesab edilir", - Polşa Prezident Administrasiyasından bildirilib.

Qeyd edilib ki, son həftələrdə ABŞ-ın vitse-prezidenti, müdafiə naziri və dövlət katibi Polşaya səfər ediblər. C.Baydenin Polşaya səfəri çərçivəsində müzakirə ediləcək mövzular arasında NATO və Polşanın şərq cinahının təhlükəsizliyinin təmin olunması da dayanacaq.

0