Separatçıların eks-müdafiə naziri: “Heç bir istiqamətdə strateji uğur əldə etməmişik”

18:53 / 25.03.2022
1341

“Xüsusi əməliyyatın 29-cu günü keçib. Heç bir yerdə, heç bir istiqamətdə strateji uğur əldə olunmayıb, ancaq operativ uğurlar var”.

“Report” xəbər verir ki, bunu “Donetsk Xalq Respublikası”nın sabiq “müdafiə naziri” İqor Girkin İctimai Xəbər Xidmətinin efirində söyləyib. “Bundan əlavə, düşmən (İ.Girkin Ukrayna Ordusunu nəzərdə tutur) nisbətən daha yaxşı səfərbərlik tədbirlərini keçirir və əks-hücuma keçməyə başlayır…

Təəssüf ki, mənim ən pessimist proqnozlarım hazırda tamamilə doğrulub”, - İ.Girkin vurğulayıb. Qeyd edək ki, İqor Girkin separatçıların “müdafiə naziri” olmadan öncə uzun müddət Rusiya Federal Təhlükəsizlik Xidmətində şöbə rəisinin müavini vəzifəsində çalışıb. Hazırda o, Donbasdakı separatçıları, qondarma quruluşları dəstəkləyən “Novorossiya” ictimai hərəkatının rəhbəridir.

0