Rusiyanın Ukraynaya müharibı elan etməsindən sonra Ukraynaya dəstək məqsədilə Kreml başda olmaqla bir çox Rusiyanın dövlət saytlarını sındıran beynəlxalq məşhur haker qrupu “Anonymous” bu dəfə Mərkəzi Bankı hədəf alıb.
Hit.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinə sərt mesajlar göndərən Anonymous, Rusiya Mərkəzi Bankının sındırılması ilə bağlı açıqlamaya bunları yazıb:
"Salam dünya vətəndaşları. Putin illərdir rus xalqını aclığa sürükləyir. Putin medianı dayandırdı və müxalifləri cəzalandırdı.
O, Kremlin palatalarında əylənərkən Rusiya xalqı iqtisadi cəhətdən əziyyət çəkirdi. Vladimir Putin yalançı, diktator, müharibə cinayətkarı və uşaq qatilidir. Putin və onun oliqarx dostları silah alverçiləri ilə birlikdə dünyanı fəlakətə sürükləyirlər. Ukraynada Putinin göstərişi ilə minlərlə dinc sakin və günahsız insan öldürülüb. Yüz minlərlə ukraynalı didərgin düşüb. Xəstəxanalar, məktəblər və sığınacaqlar bombalanıb. Uşaqlar ailələrini, ailələr uşaqlarını itirdi. Vladimir Putin, Nigeriyada, Çilidə, Nikaraquada diktatorlara nə etdiyimizi xatırla.
“İsraili, ABŞ-ı, Avropanı, Master Card-ı, SARS-ı və bütün digər müharibə tərəfdarlarını necə cəzalandırdığımızı xatırlayın” deyə bildiriblər.
Vladimir Putin, heç bir sirr təhlükəsiz deyil. Biz hər yerdəyik. Sizin sarayınızdayıq. Yemək yediyiniz yerdəyik. Masanızda, yatdığın otaqdayıq.
İndi Rusiya Mərkəzi Bankına məxsus minlərlə sənəd, müqavilələr, yazışmalar, pul köçürmələri, oliqarxlarınızın kommersiya sirləri, ictimaiyyətdən saxladığınız real iqtisadiyyat hesabatları, başqa ölkələrlə bağladığınız ticarət müqavilələri, bəyanatlarınız, qeydiyyatda olan tərəfdarlarınız haqqında məlumatlar, konfrans videoları və istifadə etdiyiniz proqramları paylaşırıq".
Orxan