İstanbul boğazında tapılan qurğu rus minası imiş...

DÜNYA
17:20 / 26.03.2022
678

İstanbul boğazında partlayıcı qurğu görüntülənib. Təhlükəsizlik məqsədilə İstanbul Boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlansa da, bir müddət sonra gəmilərin hərəkəti bərpa edilib. 

HİT.az “Hürriyet”ə istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, qurğunun Rusiyaya məxsus köhnə mina olduğu müəyyən edilib. 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı açıqlama verərək, minanın zərərsizləşdirildiyini bildirib. 

Hazırda məsələ ilə bağlı araşdırma davam etdirilir.

0