İsrailin Baş naziri Naftali Bennettin koronavirus testi müsbət çıxıb.
Bu barədə Baş nazirin ofisindən bildirilib.
“Baş nazir özünü yaxşı hiss edir və evdən işləməyə davam edəcək”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, İsrailin “Kan” dövlət radiosu bundan əvvəl baş nazirin köməkçilərindən birində koronavirus aşkarlandığı barədə xəbər yaymışdı.