Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı planlaşdırılmış sui-qəsdin qarşısı alınıb.
Hit.az xəbər verir ki, bu barədə "Kyiv Post"un "Twitter" hesabında məlumat verilib.
Bildirilir ki,  Rusiya xüsusi xidmət orqanlarının rəhbərlik etdiyi 25 nəfərlik hərbi qrup Slovakiya-Macarıstan sərhədi yaxınlığında ələ keçirilib.
"Qrupun məqsədi Ukrayna Prezidentini fiziki cəhətdən aradan qaldırmaq olub", - deyə  məlumatda qeyd olunub.
							
							
							
							
				
							
						
						
						
										
										
										
										
										
										
										
										
