Rusiya Federasiyası Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçiriləcək üzbəüz danışıqların məhsuldar keçməsində maraqlıdır.
HİT.az xəbər verir ki, bunu bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, nümayəndə heyətlərinin İstanbulda təkbətək görüşü keçiriləcək.
"Bu danışıqlar davam etdi. İndi də davam edir, ona görə də danışıqlar sözün əsl mənasında bu gün və ya sabah İstanbulda, artıq əyani formada bir sıra videokonfranslardan sonra bərpa olunacaq. Biz də maraqlıyıq ki, bu danışıqlar nəticə ilə yekunlaşsın" - Lavrov qeyd edib. //olke.az