Zelenski BƏYAN ETDİ: Rusiyanın bu şərtlərini qəbul etməyə hazırıq

DÜNYA
17:03 / 28.03.2022
1120

“Ukrayna tərəfsizlik statusu ilə bağlı konstitusiyada dəyişiklik etməyə hazırdır”.

HİT.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Ukrayna tərəfsiz və nüvəsiz ölkə kimi məsələlərlə bağlı şərtləri müzakirə etməyə hazırdır. Zelenskinin sözlərinə görə, Rusiyanın ilk tələbləri də bunlardan ibarət olub.

Zelenski bildirib ki, Ukraynanın təhlükəsizlik zəmanəti ilə bağlı sənədə bir neçə ölkə imza atmalıdır. “Bu ciddi sənəd olmalıdır. Bunun sadəcə kağız parçası olmasını istəmirik” - Zelenski deyib. //metbuat.az

0