G7 ölkələrindən Rusiyaya zərbə - Putinin bu tələbini rədd etdilər

DÜNYA
19:00 / 28.03.2022
1534
G7 ölkələri Rusiyanın enerji ehtiyatlarının rublla ödənilməsi tələbi ilə razılaşmır.
 
Hit.az xəbər verir ki, bunu  Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib.
 
"Böyük yeddiliyin bütün nazirləri yekdilliklə bildirdilər ki, bu, müqavilələrin birtərəfli pozulmasıdır. Onlar vurğuladılar ki, bağlanan müqavilələr etibarlıdır, onlara cəlb olunmuş müəssisələr onlara sadiq qalacaqlar. Bu o deməkdir ki, rublla ödəniş qəbuledilməzdir və zərər çəkən müəssisələr tələblərinə əməl etməməyə çağırıb (Rusiya prezidentinin - red.), - Alman nazir deyib.
 
Bunu  həm də Qərb ölkələrini parçalamaq cəhdi kimi qiymətləndirən almaniyalı nazir əlavə edib ki,  onların arasında parçalanmanın qarşısını almaq üçün birlik və qətiyyət var.
 
Almaniyalı nazirin bəyanatını şərh edən Federasiya Şurasının iqtisadi siyasət komitəsinin sədr müavini İvan Abramov qeyd edib ki, imtina “mütləq qaz təchizatının dayandırılmasına gətirib çıxaracaq”.
"Şərtimiz rublla ödəməkdirsə, deməli,  rublla ödənməlidir. Onların bunun üçün rubl almaq üçün kifayət qədər imkanları var, siz bunu istənilən birjada dərhal edə bilərsiniz", - senator bildirib.
Rusiya prezidenti Vladimir Putin Mərkəzi Banka , Qazprom və hökumətə dost olmayan ölkələrdən qaz üçün ödənişlərin rubla köçürülməsini təşkil etməyi tapşırıb. Sərəncamın icrası ilə bağlı Kremldə ilk hesabat martın 31-nə qədər gözlənilir.
 
“G7 ölkələrinə  Kanada , Fransa , Almaniya, İtaliya , Yaponiya , Böyük Britaniya və ABŞ daxildir . Bu ölkələrin hamısı Rusiya ilə dost olmayan ölkələr siyahısındadır.
0